!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Antalyanı heç-heçə ilə tərk edir

!Reklam – Yazi

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi Çernoqoriyanın yüksək liqasında çıxış edən “Mladost” klubu ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb. Ağdam təmsilçisinin yeganə qolunu 30-cu dəqiqədə hesabı bərabərləşdirən Mahir Mədətov vurub.

Azərbaycan çempionu bu oyunla Antalya toplanışını başa vurub. Komanda vətənə qayıtdıqdan sonra məşqlərini Bakıda bərpa edəcək.

Xatırladaq ki, “Qarabağ” Antalyadakı əvvəlki yoxlama oyunlarında Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” klubları ilə (0:0) heç-heçəyə razılaşıb, Ukrayna “Mariupol”u (2:3) ilə Bosniya və Hersoqovina “Sarayevo”suna (0:2) məğlub olub.

Yoxlama oyunu
3 fevral

“Qarabağ” – “Mladost” 1:1

COP29

www.yenicag.az

1435
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv