“Qarabağ” UEFA Avropa Liqasında İsveçin “Elfsborq” klubuna məğlub olub.
Yenicag.az xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.
“Buros Arena”da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.
***
56-cı dəqiqədə Yeqbe topu tora ötürməyi bacarır. “Elfsborq”-“Qarabağ” 1:0
***
Matç başladı
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda baş tutacaq “Elfsborq” (İsveç) – “Qarabağ” matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, “Buros Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Elfsborq”: Pettersson, Buhari İbrahim, Holmen, Yeqbe, Halt, Hedund, Zeneli, Ouma, Ahmed Qasem, Maykl Baydu, Arber Zeneli
“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Mateus Silva, Bədavi Hüseynov, Marko Veşoviç, Julio Romao, Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Aleksey Kaşuk, Juninyo.
www.yenicag.az