!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Frayburq”a qarşı - YENİLƏNDİ 4

!Reklam – Yazi

“Europa-Park” stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Yenicag.az xəbər verir ki, daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə “Frayburq”u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla “köhlən atlar”ı növbəti dəfə mərkəzə dəvət edib.

Start həyəcanını boğa bilməyən “köhlən atlar” buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. “Qarabağ” 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.

Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.

*** 01:02

Almaniyada “Frayburq” və “Qarabağ” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

Yenicag.az xəbər verir ki, “köhlən atların” heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib.

Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir.

*** 23:46

“Frayburq” ikinci dəfə “Qarabağ”ın qapısına yol tapır. Doan 15-ci dəqiqədə fərqlənir.

*** 23:17

Maçt başladı. 

“Frayburq” hesabı açır.

Qrifo 7-ci dəqiqədə penaltidən fərqlənir.

*** 22:59

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilk matçını səfərdə keçirəcək.

G qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası Almaniyada “Frayburq”un qonağı olacaq. “Volfsvinkel” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.

Avropa Liqası

I tur, G qrupu

8 sentyabr

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika)

Frayburq. “Volfsvinkel” stadionu

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv