!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Gerye ilə vidalaşdı

!Reklam – Yazi

“Qarabağ” klubu Donald Gerye ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

Qış fasiləsi zamanı Azərbaycanı tərk edən haitili yarımmüdafiəçi komandanın düşərgəsinə gec qoşulduğu üçün klub tərəfindən cəzalandırılaraq əvəzedici heyətə göndərilmişdi.

Qeyd edək ki, D.Gerye 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında “Neftçi”yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən “Qarabağ” keçən futbolçunun müqaviləsi 2021-ci ilin iyununa qədər idi.

www.yenicag.az

3689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv