“Qarabağ”ın oyunu günü metro bir saat artıq işləyəcək

media-hightechnic-468x90

 

media-banner_tkm
“Bakı Metropoliteni” QSC fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin “Nyukasl Yunayted” klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.

Bu barədə Yenicag.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni”nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq.

Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Qatarların hərəkətinə xüsusi qrafik müəyyən edilsə də, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədə saxlanılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri gücləndiriləcək.


media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05