“Qarabağ klanı” YENİDƏN FƏALLAŞDI – Paşinyana qarşı ŞOK PLAN
“Paşinyanı yıxmaq istəyən Rusiya və digər dairələr “Qarabağ kartı”ndan yox, Ermənistan ictimaiyyəti daxilində alternativ axtarışındadırlar”.
Bu sözləri Ermənistanda “Qarabağ klanı”nın fəallaşması və Paşinyana qarşı atılan addımları Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, Paşinyanın devrilə biləcəyi vaxtları keçib:
“44 günlük müharibədən sonra böyük mitinqlər keçirilirdi, ancaq erməni xalqı mənasız şeylərdən yorulduğuna görə, Paşinyanı dəstəklədi və ikinci dəfə seçdi. 2023-cü ildə ermənilər Qarabağı tərk edəndə bütün lazımı sənədlərə imza atıblar, bəyanatlar veriblər. Bunun qarşılığı olaraq da Azərbaycan onları məsuliyyətə cəlb etmədi. Görünən odur ki, Paşinyan iqtidarı Qarabağdan köçənlərlə işbirliyinə getmir. Çünki Ermənistan bilir ki, Qarabağ onlar üçün ağır bir yük idi”.
Müsahibimiz yekunda onu da bəyan edib ki, Ermənistan ictimaiyyəti gələcəkdə “Qarabağ klanı”nın hakimiyyətə gəlməyini istəmir:
“Digər tərəfdən, onları xaricdən dəstəkləyənlər olsaydı, bu da açıq şəkildə hiss olunardı. Paşinyanı yıxmaq istəyən Rusiya və digər dairələr “Qarabağ kartı”ndan yox, Ermənistan ictimaiyyəti daxilində alternativ axtarışındadırlar. Həmin klan Ermənistan ictimaiyyəti qarşısında özünü nüfuzdan salıb. Ona görə də başqa axtarışlar gedir. Düşünmürəm ki, gələn ilki seçkilərə qədər Paşinyan iqtidarı hakimiyyətdən salına bilsin. Çünki onun atdığı son addımlar onun nüfuzunu möhkəmləndirir. Azərbaycanın özü də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır”.
Səxavət Məmməd