“Qarabağla bağlı hər hansı bir məsələni, Qarabağ ermənilərinin problemlərini bağlamağa cəhdlər edilir”.
Yenicag.az xəbər verir ki, bunu separatçı tör-töküntüsünün başçısı Samvel Şahramanyan bu gün, fevralın 22-də jurnalistlərlə söhbətində deyib.
O, mühafizəçisi Aşot Danielyanın həbsindən danışıb.
“Mən hüquq-mühafizə orqanlarından xahiş edərdim ki, Aşot Danielyanın azadlığa buraxılması məsələsini tezliklə həll etsinlər, çünki bu iş uydurmadır.
Həbs prosesinin özü çoxlu suallar doğurur. Şəhərin ortasında 20 maskalı şəxs mühafizəçimi maşında saxlayıblar.
Hesab edirəm ki, Qarabağla bağlı hər hansı bir məsələni, Qarabağ ermənilərinin problemlərini bağlamağa cəhdlər edilir.
Fikrimcə, bu məsələ ədalətli həllini tapana qədər açıq yara həmişə qanayacaq”, – Şahramanyan bildirib.
Xatırladaq ki, bir gün əvvəl Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan həbs edilib.
O, narkotik maddə saxlamaqda və satmaqda şübhəli bilinir.
Xuraman Etibarlı
www.yenicag.az