Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, “Qarabağ” “Azersun Arena”da “Şamaxı”nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Hesabı 22-ci dəqiqədə “köhlən atlar”dan Musa Qurbanlı açıb. 46-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən qüvvətli zərbə ilə fərqi 2 topa çatdırıb. 63-cü dəqiqədə Leandro Andrade qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Bölgə təmsilçisi 80-ci dəqiqədə Bahadur Həziyevin qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Bu qələbədən sonra xallarını 56-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. 16 xalı olan “Şamaxı” isə 7-ci sırada qalıb.
Günün son oyununda “Kəpəz” “Səbail”in qonağı olacaq.
Qeyd edək ki, açılış oyununda “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq./Report/