!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” qrupdan çıxa biləcəkmi? - “Rəqiblərimiz çox güclüdür” - MÖVQE

!Reklam – Yazi

““Avro Liqa”nın qrupuna vəsiqə qazansaq da, rəqiblərimiz çox güclüdür”.

Bu sözləri “Qarabağ” futbol klubunun “Premyer Liqa” və “Avro Liqa”dakı vəziyyətinmi dəyərləndirən idman jurlanisti Ağa Dadaşzadə Yenicag.az-a açıqlamasında bildirib.

 

O qeyd edib ki, “Qarabağ”ın zəifləməsi deyil, digər klubların güclənməsi amili nəzərə alınmalıdır:

“İlk növbədə bunu qeyd etmək lazımdır ki, artıq oyun gedişatında 2-ci aya keçid etmişik. Ümumən, dünyada digər komandaların oyunlarına nəzər salsaq, bütün komandalar istədikləri oyun performansını sərgiləyə bilmirlər.

Düzdür, “Qarabağ” son 2-3 ildə belə səhvlərə yol vermirdi, çünki həqiqətən oturuşmuş heyəti var idi. Amma etiraf edək ki, bu gün “Qarabağ”da aparıcı oyunçulardan biri Cicadır. Nə Kadi, nə Ovussu və digər oyunçular yoxdur. Oyunçuların gedişi komandaya ciddi təsir göstərdi. Musanın özünün belə yoxluğu komandaya ciddi təsir göstərir.

Builki çempionatın gərgin keçəcəyinə dair fikirlər səslənirdi. Əslində mən belə deməzdim. Ümumi gedişatın necə olacağı bəlli deyil. Bu il “Səbail”dən olduqca aşağı performans gözlənildiyi halda, klub bunun əksini göstərdi. “Səbail”in çox yaxşı heyəti var. Bu mövsüm komandada 9 yeni futbolçunu görmüş olduq ki, onlar da əsas heyətə çıxırlar. Bütün bunlar da klubun səviyyəsini artıran cəhətlərdir. Yəni o nəticəyə gəlmək olar ki, “Qarabağ”ın zəifləməsi deyil, digər klubların güclənməsi amili nəzərə alınmalıdır.

İlk 10 tur bir kəşfiyyat xarakteri daşıyır. “Araz Naxçıvan” da möhtəşəm oyun sərgiləyir, “Turan Tovuz” da qənaətbəxş oyun göstərir və s.. “Neftçi” və “Qarabağ”ın oyunları isə qeyri-sabit təəssürat bağışlayır.

“Qarabağ”ın oyununa nəzər saldıqda, “Avro Liqa”nın qrupuna vəsiqə qazansaq da, rəqiblərimiz çox güclüdür. Düzdür, “Molde” ilə keçən mövsümlərin birində heç-heçə etmişdik və sonda penaltilərin sayəsində bəxtimiz üzümüzə gülmədi. Baxmayaraq ki, ümumilkdə yaxşı çıxış etmişdik.

Nəzərə almalıyıq ki, hər iki klubda hər şey dəyişib. Rəqiblərə gəlincə, şübhəsiz “Bayern Leverkusen” qrupun favoritidir. Digər 3 klub ikincilik uğrunda mübarizə aparacaqlar. “Hakken” çox strukturlu oyun oynayır. Sözügedən komanda olduqca səliqəli oyun nümayiş etdirir. Bu da “Qarabağ” üçün olduqca çətin olacaq. Qısaca, “Qarabağ”ın hücumcu problemi həm yerli çempionatda, həm də “Avro Liqa”da öz sözünü deyəcək. Çünki bu gün komandanı arxasıyca aparan oyunçu yoxdur. Nisbətən Cica yaxşı təəssürat bağışlayır”.

Həmçinin A. Dadaşzadə qapıçı və hücumçuların vəziyyətindən də söhbət açıb:

“O ki, qaldı qapıçı probleminə, Qurban Qurbanovun qapıçı sarıdan seçimi çox zəifdir, demək olar ki, qapıçı seçə bilmir. Klubda 4 qapıçı var. Mən düşünürdüm ki, “Səbail”lə oyunda Amil Ramazanovu da oyuna buraxmaq olardı. Ancaq Q.Qurbanov Şahruddinə şəxsi bir jest etdi. Bunu Şahruddinin milli komandaya düşə bilməsi üçün etdi. L.Quqeşaşvili də artıq yaxşı çıxış etməyə başlayır və özünü doğruldur. Amma düzünü deyək ki, A.Lunyovun daha çox təcrübələrindən dolayı tövsiyələri kömək ola bilər.

Hazırda qapıçılar arasında L. Quqeşaşvili ən etibarlıdır. Sıralamada qapıçılar arasında fikrimcə, ilk yerdə L.Quqeşaşvili, daha sonra Ş. Məhəmmədəliyev və A. Ramazanovu göstərmək olar. Görünən odur ki, həm Avrokuboklar, həm də Premyer Liqa çətin olacaq. Dəqiq olanı 10 tur sonra görəcəyik”.

Yusif Səmədzadə

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv