!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ: rayon və şəhərlərin tarixi” kitabı çap olundu

!Reklam – Yazi
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Qarabağ bölgəsinə daxil olan rayon, şəhər və qəsəbələrin tarixinə aid yeni kitabı çap edilib.
Yenicag.az xəbər verir ki, kitabda Azərbaycanın Qarabağ bölgəsinə aid rayon və şəhərlərin qədim tarixi, sözlərin toponimikası, etimologiyası və digər məsələlər araşdırılıb: “Kitabda qeyd edilir ki, Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilib. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir”.Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Qarabağın rayon və şəhərlərinin keçmişinə və müasir dövrünə nəzər salan kitabda ilk olaraq Qarabağ bölgəsinin qısa tarixi və mənası izah edilib. Kitabda Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Füzuli, Kəlbəcər, Xocalı, Əsgəran, Ağoğlan, Xocavənd və Ağdərənin tarixi keçmişi barədə ətraflı məlumatlar əks olunub. Bu ərazilərin işğala qədər və işğaldan sonrakı dövrü, ermənilərin ekoloji, mədəni və arxeoloji terroru barədə məlumatlar da kitabda geniş tədqiq edilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv