!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ şəhidləri və qazilərinin övladları yay düşərgəsinə yola salındı – FOTO

!Reklam – Yazi

Qarabağ uğrunda canını fəda edən qəhrəman şəhid və qazilərimizin övladlarına dəstək üçün #TİKA tərəfindən 30 şəhid və qazi övladının iştirakı ilə 2 həftəlik Yay Düşərgəsi təşkil edilib.

Yay düşərgəsi iştirakçıları 16 iyun 2021-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində Səfir Cahit Bağcı və TİKA Koordinatoru Teoman Tiryakinin iştirakıyla keçirilən tədbir ilə yola salınıb.

Azərbaycanın dilbər guşələrindən biri olan #Oğuz rayonunda keçiriləcək Yay Düşərgəsi müddətində iştirakçılar üçün fərqli mövzularda təlimlər, seminarlar, əyləncə proqramları təşkil olunacaq, Şəki, Zaqatala, İsmayıllı, Qəbələdəki tarixi turistik məkanlara ziyarətlər ediləcək.

www.yenicag.az

964
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv