!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa “muxtar statusu" verilməsə, qayıtmayacağıq - Babayan

!Reklam – Yazi

Əli dinc azərbaycanlıların qanına batan, 2020-ci il savaşından sonra isə Azərbaycanla danışıqlar tərəfdarı kimi özünü göstərən keçmiş xuntanın keçmiş “səlahiyyətlilərindən” olan Samvel Babayan İrəvanda Qarabağ mövzusu ilə gündəmi zəbt edib.

Yenicag.az xəbər verir ki, o, Qarabağa “muxtar vilayət” statusu verilməyəcəyi halda ermənilərin geri qayıtmayacağını bildirib.

Həmçinin keçmiş qondarma qurumun keçmiş “başçısı” Samvel Şahramanyanın terrorçu xuntanın ləğvi ilə bağlı “fərmanının” etibarsız sayılması “yolunu” da göstərib. Babayan deyib ki, yeganə “legitim orqan” “parlamentdir” – sənədə baxa, məhkəməyə göndərə və ləğv edə bilər.

Azərbaycanın tərkibində “muxtar vilayət” statusu verilən ermənilərin hansı soyqırımlar, işğallar həyata keçirdiyi hər kəsə bəllidir və buna görə də heç vaxt “muxtar”, “mədəni” statusun verilməyəcəyini Babayan da yaxşı bilir. Buna baxmayaraq, Babayan növbəti konfliktlər üçün ideoloji-siyasi zəmin yaratmaq istiqamətində çalışır.

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv