Qarabağa qanunsuz səfərlərin təşkili dayandırıldı

media-hightechnic-468x90

XİN 21Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Kanadadakı Səfirliyi tərəfindən zəruri etiraz tədbirləri görülüb.

Bunu mətbuata açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, görülmüş tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılmış və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa