!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda aparılan BƏRPA İŞLƏRİ: “Hökumət, heç olmasa, siyasi partiyaları məlumatlandıra bilər” - Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Ümumiyyətlə, mənə belə gəlir ki, bu məsələləri o qədər də ictimailəşdirmək lazım deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinin miqyası, podratçı şirkətlər və sərf olunan vəsaitin həcminə dair məlumatların əldə edilməsi imkanlarını dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin sözlərinə görə, bu məsələlərə dair informasiyaların ictimailəşməsinə xüsusi ehtiyac yoxdur:

“Bu barədə yalnız mətbuatdan məlumat ala bilirəm. Yəni Şuşada, Ağdamda, Kəlbəcərdə, digər rayonlarımızda görülən işlər, yol çəkilişi, hava limanlarının inşası haqda informasiyalar verilir. Amma özümüzün məlumat ala biləcəyimiz konkret bir kanalımız yoxdur.

Ümumiyyətlə, mənə belə gəlir ki, bu məsələləri o qədər də ictimailəşdirmək lazım deyil. Bildiyiniz kimi, o zonada müxtəlif dövlətlərin şirkətləri işləyir, onlar özləri barədə məlumatın yayılmasını istəmirlər.

Bununla belə, hökumət işğaldan azad edilmiş ərazilərimizdə hansı layihəyə nə qədər vəsait sərf olunması və hansı şirkətin konkret nə iş gördüyü haqda, heç olmasa, siyasi partiyalara məlumat verə bilər.

Biz dağıdılmış Ağdama səfər etdiyimiz kimi, indi də gedib orada aparılan işlərlə yerində tanış ola bilərik. Lakin hökumətin hələlik belə bir təşəbbüsü yoxdur”.

A.Zeynalov

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv