!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda təhvil verilən silahların TALEYİ: "Onlar nə ruslara, nə də ermənilərə..."

!Reklam – Yazi

“Qarabağdakı silahlar Azərbaycana təhvil verilməlidir”.

Bu sözləri Qarabağda keçirilən antiterror əməliyyatı, silahların taleyi ilə bağlı qeyri-müəyyənliyi şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, o silahlar nə ruslara, nə də ermənilərə verilə bilər:

“Son əməliyyatın başlanğıcı, seçildiyi vaxt dəqiq hesablanmışdı. Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıqlar etməyinə baxmayaraq, qarşı tərəf bunlara məhəl qoymurdu. Azərbaycanın antiterror əməliyyatı keçirməkdən başqa çarəsi qalmamışdı.

Bəziləri çox narahat idi ki, ABŞ Ermənistan silahlı qüvvələri ilə birgə təlim keçirdiyi bir vaxtda antiterror əməliyyatı keçirmək olmaz, keçiriləcəyi təqdirdə ABŞ buna çox pis reaksiya verər. Bir əsas məqamı unudurlar ki, təlimlər keçirilən zaman bu məsələyə ən çox müdaxilə edən tərəf İran oturdulmalı idi yerində. İran belə bir vaxtda heç vaxt ordusunu hazırlıq səviyyəsinə gətirə bilməzdi. Ali Baş Komandan da bunu bilirdi və çox düzgün vaxt seçdi.

Bildiyimiz kimi, 24 saat tamam olmadan düşmən silahı yerinə qoydu. Azərbaycan Ordusu xüsusilə artilleriya və raketlər vasitəsiylə düşmənin müqavimətini qırdı və təslim olmağa məcbur etdi. Əməliyyatın əsas məqsədi də onların təslim olması idi. Təslimçilik onların alnındakı qara ləkə olacaq və bir daha nə iddialarını dilə gətirəcək, nə də ağlı başında olan dövlət təslim olan tərəfə dəstək verəcək.

Silahların təhvil məsələsinə gəldikdə isə bilirik ki, orda 100-ə qədər tank, xeyli sayda zirehli döyüş maşını, toplar və hava hücumundan müdafiə sistemləri var. Hansı istiqamətdə ki, onlar silahı yerə qoyur, Azərbaycan Ordusu onlara xətər yetirmədən təhvil alır. Rusiya tərəfi vasitəçilik missiyası yerinə yetirərək silahların təhvil edilməsində iştirak edəcəyini bildirib. Hesab edirəm ki, bu, düzgün deyil. Rusiya tərəfinin sülhməramlı kontingentinin bəlli bir silah məhdudiyyəti var. Silahların onlara verilməsi qanundan kənardır. Yəqin ki, götürdüyümüz silahlar Azərbaycan tərəfində qalacaq. Ruslar vasitəsi ilə alınacaq silahlar Azərbaycan tərəfinə təhvil verilməlidir. Qarabağ ərazisində olan silah, texnika Azərbaycanın aidiyyəti qurumları tərəfindən təhvil alınmalıdır.

Silahların Qarabağdan çıxarılıb, Ermənistana ötürülməsinə də yol vermək olmaz. Laçın dəhlizindən əgər silahlar aparılarsa, orda insanlar yaşayır, orda döyüşçülərimiz var, onların həyatına təhlükə yarada bilər. Təbii ki, bu, olmayacaq.

O silahlıların Ermənistana buraxılması erməni tərəfindən də yoxlanılacaq. Əli silahlı adamların birdən-birə ora keçməsi mütləq şəkildə Ermənistanda aranı qarışdıra bilər. Bu gün məsələnin tam şəkildə yerinə yetirilməsi üçün Cənubi Qafqazda, istər Ermənistan, istərsə də Gürcüstanda sabitliyin olması vacib şərtlərdən biridir”.

Səxavət Məmməd

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv