!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağdakı aşağı rütbəli Rusiya zabitlərinin “erməni qonaqpərvərliyi”nə aludəçiliyi...” - Polkovnikin ŞƏRHİ

!Reklam – Yazi

“Monitorinq Mərkəzinin araşdırmasından sonra Azərbaycan tərəfinin haqlı olduğu bir daha öz təsdiqini tapacaq”.

Bu fikirləri Rusiyanın Müdafiə Nazirliyinin dünən gecə saatlarında Azərbaycan Ordusunun bölmələrinin “Dağlıq Qarabağ silahlı birləşmələri”nin mövqelərini atəşə tutması haqqında bəyanatını şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan əleyhinə bu kimi məlumatların tirajlanması Qarabağdakı Rusiya hərbi kontingentinin aşağı zabit heyətinin “xidmət”idir:

“Hesab edirəm ki, belə məlumatlar Rusiyanın Müdafiə Nazirliyinə bu ölkənin Qarabağda yerləşdirilmiş sülhməramlı qüvvələrinin aşağı zabit heyəti və MAXE-ləri tərəfindən göndərilir.

Bildiyiniz kimi, Qarabağdakı Rusiya hərbi kontingentinin bölmələri ermənilər məskunlaşan yaşayış məntəqələrinin yaxınlığında, bəzən elə o kəndlərdə yerləşir və əhali ilə sıx təmasda olurlar.

Ermənilər də öz xislətlərinə uyğun qaydada Rusiya hərbçilərinə münasibətdə “qonaqpərvər” davranmağa çalışırlar. Fikrimcə, Qarabağdakı aşağı rütbəli Rusiya zabitlərinin “erməni qonaqpərvərliyi”nə aludəçiliyi onların Moskvaya bu tip məlumatlar ötürmələri ilə nəticələnir.

Belə düşünürəm ki, Qarabağda fəaliyyət göstərən Monitorinq Mərkəzi orada nəyin və necə baş verdiyini araşdıracaq, nəticədə Azərbaycan tərəfinin haqlı olduğu bir daha öz təsdiqini tapacaq”.

A.Zeynalov

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv