Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağdakı sülhməramlıların yeni komandiri: Gürcüstanda separatçılıq edən Anaşkin kimdir?

İrəvanda Ermənistan və Rusiya Müdafiə Nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüş zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandiri təyin edilib. Bu yaxınlarda missiyasını başa vurub, bundan sonra qısa müddətdə general-mayor Mixail Kosobokovla əvəz olunub.

İndi onun yerinə Gennadi Anaşkin keçir.

Gennadi Anaşkin 1968-ci ildə Kuybışevdə (indiki Samarada) anadan olub. Almaniyada həqiqi hərbi xidmət keçib. Daha sonra Ryazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər keçmiş Yuqoslaviyada xidmət edib, burada Bosniya və Herseqovina Respublikasında sülhməramlı qüvvələrin tərkibində paraşüt-desant taboruna komandan olub.

Birinci və ikinci Çeçen müharibələrində Çeçenistana ezam edilib. 2007-ci ilin iyun ayından 104-cü Qvardiya Hava Desant Alayının komandanı olub.

Anaşkinin komandanlığı altında olan qrup 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.

www.yenicag.az

272
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100