Qarabağın qubernatoru bəlli oldu
“Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev özünü Dağlıq Qarabağın qubernatoru elan edib.
Partiyanın üzvləri artıq Azərbaycanın Müdafiə Nazirliyinə müraciət edərək könüllü şəkildə cəbhəyə getmək istədiklərini bildiriblər. Hafiz Hacıyevin sözlərinə görə, könüllülər sırasında artıq 1000 nəfər var.
“Onların arasında Əfqanıstanda və Qarabağda vuruşan insanlar var. Oğlumu da götürüb döyüşə getmək üçün müraciət etmişəm. Hərbi geyim də sifariş vermişəm. Eyni zamanda müxalifət də daxil olmaqla bütün siyasi partiyaları çağırıram ki, bu məsələdə həmrəy olaq. Silahdan istifadə etməyi bacarıram, erməni dilini də bilirəm. Xankəndini azad etdikdən sonra oranın qubernatoru, icra başçısı özüm olacam. Öz torpağımızdır. Ermənilər də idarəçiliyimiz altında işləyərlər, işləməzlər də qovalayarıq, çıxıb gedərlər”.