Qardaş bacısını QƏTLƏ YETİRDİ

media-hightechnic-468x90

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, Kürdəmir Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Qardaş bacısını qətlə yetirdi

media-hightechnic-468x90

img1728704Lənkəranda qətl hadisəsi baş verib. Yenicag müsavata-a istinadən bildirir ki, hadisə yanvarın 21-də saat 21 radələrində rayonun Xozmili kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın boğaz nahiyəsində arteriya damarını bıçaqla kəsib.

K. Əhmədova hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş C. Əhmədov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600