Qardaş ölkədə 96 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Yenicag.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 96 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 251 min 224 COVID-19 testi aparılıb ki, bunun da 20 min 890-ı müsbət çıxıb. Eyni zamanda, 5 min 752 xəstə sağalıb.