Qardaş ölkədə faciə – 300-ə yaxın insan öldü

media-hightechnic-468x90

Liviyadan İtaliyaya qeyri-qanuni mühacirləri daşıyan balıqçı gəmisinin batması nəticəsində 300-ə yaxın pakistanlı ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Sadiq Sancrani bildirib.

Pakistanın baş naziri Şahbaz Şərif tviter hesabında yazıb ki, o, hadisənin şərtlərini aydınlaşdırmaq üçün yüksək səviyyəli təhqiqat aparılması barədə göstəriş verib.

Yunanıstan rəsmiləri ölənlərin sayını hələlik təsdiqləməyib.

Qeyd edək ki, qayıq iyunun 14-də batıb. BMT-nin miqrasiya agentliyi qayıqda təxminən 750 nəfərin olduğunu bildirib.

Faciədən sonra Yunanıstan hakimiyyəti üç günlük matəm elan edib./unikal/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa