Qasırğadan 3 nəfər ölüb
ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Bu gün Kaliforniya ştatının Qarden-Qrouv şəhərində xilasedicilər naməlum kişinin meyitini su kanalında aşkar ediblər
Bundan əvvəl Oreqon ştatı və Portlend şəhərində təbii fəlakət nəticəsində 2 nəfər ölmüşdü.
Dekabrın 11-dən ABŞ-ın qərb sahillərində tüğyan edən qasırğa özü ilə güclü külək, leysan yağış və qar gətirib. Bölgədə 200 aviareys ləğv edilib, bu gün isə 150 mindən çox amerikalı elektrik enerjisiz qalıb.
(lent.az)