Qatar maşınla toqquşdu
Bərdədə qatar avtomobillə toqquşub. Hadisə iyulun 29-u saat 12:00-da baş verib.
Belə ki, Köçərli-Bakı sərnişin qatarı Bakı istiqamətində hərəkət edərkən, rayonun Həsənqaya kəndi ərazisində qorunmayan dəmiryolu keçidini keçəmək istəyən Qərib Eldəniz oğlu Qarayevin idarə etdiyi “DAEWOO ESPERO” markalı 10 UC 622 dövlət nömrə nişanlı avtomobili vurub.
Zərbənin təsirindən avtomobil keçidin yanındakı işıqlandırma dirəyinədə çırpılıb. Qəzadan sonra minik avtomobili tamamilə yararsız hala düşüb.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri xəsarət alıb.
Faktla bağlı dəmiryol xətt polisinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.