Qatil polisin telefonundan kimlərin adı çıxdı?

media-hightechnic-468x90

1339876_940x531Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən keçmiş polis əməkdaşı Mevlüt Mert Altıntaşın istintaqı yeni detalları üzə çıxarıb.

media-banner_tuq

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, M.M.Altıntaşın mobil telefonunun təhqiqatı nəticəsində onun FETÖ-çuların şifrəli ünsiyyət proqramı olan “ByLock” vasitəsilə 6-sı qırmızı, 2-si narıncı siyahıda olan 8 nəfərlə müntəzəm əlaqə saxladığı müəyyən edilib. İstintaqçılar həmin 8 nəfərin FETÖ-nün “təhlükəsizlik xidməti”nə nəzarət edən “məhrəm imamlar” olduğunu üzə çıxarıblar.

Bundan başqa, M.M.Altıntaşın 15 iyul çevriliş cəhdindən sonra ifşa olunmamaq məqsədi ilə özünün “əl-Nüsra” qruplaşmasına bağlılığı görüntüsü yaratmaq üçün sosial şəbəkədə xüsusi profil açdığı, Suriyanın hərbi əməliyyatlar gedən ərazilərindəki şəxslərlə dostluq əlaqəsi qurmağa çalışdığı da müəyyənləşib.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05