Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qaxda 20 Yanvar münasibətiylə anım mərasimi keçirildi

Qaxda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə iştirak edən rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri Qax şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

İctimaiyyət nümayəndələri Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışılıb, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, 20 yanvar hadisələri zamanı Qax rayonundan 1 nəfər xəsarət alaraq əlil olub./Report/

Loading...

www.yenicag.az

1594
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100