!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda ağır qəza – Azyaşlı öldü

!Reklam – Yazi

 

qeza_u2Qaxda azyaşlı qızı avtomobil vuraraq öldürüb.

Qax Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, avqustun 21-də axşam saatlarında Qax şəhəri Axundzadə 1 ünvanında yaşayan 2008-ci il təvəllüdlü Banuçiçək Cavid qızı Fətəlizadə avtomobil vurması nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkimlərin səyinə baxmayaraq, azyaşlı aldığı xəsarətlərdən xəstəxanada keçinib. Məlumatda bildirilir ki, Banuçiçək Fətəlizadənin atası Cavid Fətəlizadə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinin həkimidir. Banuçiçək Fətəlizadə dəfn edilmək üçün doğulduğu Astara rayonuna aparılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv