Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanıldı

media-hightechnic-468x90

Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qax rayonu Zəyəm kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən motosikletin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin zərərçəkmişin həmkəndlisi və iş yoldaşı Qurban Qurbanlı olduğu müəyyən edilib. O, əməlini etiraf edib və oğurladığı motosikleti Bakı şəhərinə apararaq orada 600 manata satdığını bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsinin paytaxtdan Gəncə şəhərinə satıldığı məlum olub və oradan götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600