Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19-a yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də, o, özünütəcrid qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib.
M.Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.