Qaydaları pozan hotel cərimələndi

media-hightechnic-468x90

Oğuz şəhəri, 20 Yanvar küç., ev 31 ünvanında fəaliyyət göstərən, “AFRA LTD” MMC-yə məxsus hoteldə keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Yenicga.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, müəssisədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinin pozulduğu, masalararası və oturacaqlararası məsafəyə riayət olunmadığı, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, işçi personalın fərdi qoruyucu vasitələrdən (maska, əlcək və s.) təlimata uyğun istifadə etmədiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600