!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qayıdış missiyası: Gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri” layihəsi başa çatdı - FOTO

!Reklam – Yazi

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri” layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində həyata keçirilən layihənin əsas məqsədi keçmiş məcburi köçkün gənclərin Qarabağa və Şərqi Zəngəzura qayıdışının təşviq edilməsi, işğaldan azad olunmuş rayonlarda daimi məskunlaşmış gənclərin məşğulluğunun artırılması, bütün sahələrdə inkişafına yönəlik müzakirələrin aparılması olmuşdur.

Bütün tədbirlər Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Tədbiri giriş sözü ilə gənclər təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov açaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək davam edən  44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabr ayında 1 gündən də az aparılan antiterror əməliyyatıtədbirləri nəticəsində Ermənistanı darma-dağın edərək kapituliyasiya aktını imzalamağa məcburetdiyini və Qarabağda öz Dövlət suverenliyini təmin etdiyini, bununla da 200 ildən artıq Azərbaycan torpaqlarında terror-təcavüz siyasəti həyata keçirən düşmənə öz layiqli yerini göstərdiyini bildirdi.

Natiq çıxışında Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunduqdan sonra Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq yenidən bərpa edildiyini, sürətlə tikinti-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkün əhalinin öz dədə-baba torpaqlarında mərhələli şəkildə daimi məskunlaşma prosesinin aparıldığını qeyd etdi.

V.Qədirov 30 ilə yaxın müddət ərzində öz dədə-baba yurdlarından uzaqda, ölkəmizin müxtəlif bölgələrində məcburi köçkün ailələrində doğulub-böyüyən gənc nəslin, xüsusən gənc ailələrin Qarabağa və Şərqi Zəngəzura qayıdışı prosesində fəal olmalarının, bunun bir vətənpərvərlik və vətəndaşlıq missiyası olduğunu unutmamalarının vacib olduğunu bildirdi.

Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan, həmin ərazilərdə vandalizm hərəkətləri törədən, dədə-baba yurdlarımızda qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistandan fərqli olaraq bizim öz doğma od-ocağımıza qayıtmağımız həm düşmənə, həm də ona havadarlıq edən dövlətlərə göz dağı verməklə bərabər, uzun illər pozulmuş hüquqlarımızın bərpası istiqamətində atılan ən müqəddəs addım olan haqqımız və missiyamızdır. Bu sahədə gənclərin, xüsusən təhsilli gənclərin təbliğati işlərə cəlb olunması və öz təkliflərini vermələri, sosial şəbəkələr vasitəsilə dəstək göstərmələrinin vacib olduğunu heç birimiz unutmamalıyıq- deyə V.Qədirov fikirlərini bölüşdü.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, şair, psixoloq Şahin Qədirov çıxışında böyüməkdə olan gənc nəslin vətənpərvərliyi nəticəsində Qarabağa və Şərqi Zəngəzura  qayıtmaları üçün Dövlətin gördüyü tikinti-quruculuq işlərindən, həmin ərazilərdə daimi məskunlaşan gənclərin yüksək mənəvi-psixoloji durumundan söz açaraq gənclərimizin 44 gün davam edən Vətən Müharibəsində olduğu kimi, yurda dönüş missiyasında da vətənpərvərlik nümayiş etdirdiklərini bildirdi. Yenidən qurulan Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin qüvvəsindən səmərəli istifadə etməyin vacib olduğunu qeyd etdi.

Gənclər Təşkilatının həyata keçirdiyi layihənin əhəmiyyətindən danışan Turanə Orucova işğaldan azad olunan rayonlarda daimi məskunlaşan keçmiş məcburi köçkünlər arasında bu təbəqənin gənclərinin üzərinə böyük məsuliyyət düşdüyünü, yurda dönüşlə bərabər viran olunmuş yurdlarımızın dirçəldilməsində öz dəstəklərini göstərmələrinin vacib olduğunu bildirdi.

Tədbirlərdə ali təhsil ocaqlarının rəhbərliyinin nümayəndələri, Qarabağdan, Şərqi Zəngəzurdan və Qərbi Azərbaycandan olan tələbələr çıxış etdilər, öz arzu və təkliflərini bildirdilər.

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv