Qazaxıstan da Rusiyanın bu şəhərinə uçuşu dayandırdı

media-hightechnic-468x90

“QAZAQ AIR” 28 dekabr 2024-cü ildən 27 yanvar 2025-ci il tarixinədək Astana-Yekaterinburq marşrutu üzrə uçuşları dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.

“Uçuşların dayandırılması sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuşların davam edən risk qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçirilib. Aviaşirkət hazırda “QAZAQ AIR” risk qiymətləndirmə meyarlarına cavab verməyə davam edən Omsk və Novosibirsk istiqamətlərinə uçuşları davam etdirəcək. Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçiriləcək”, – məlumatda deyilir./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600