!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan olayları və Qərbdən QEYRİ-ADEKVATLIQ: “Dünyanı ayağa qaldırmaq əvəzinə...” – ETİRAZ

!Reklam – Yazi

“Rus ayısı” öz pəncəsini işə salaraq, postsovet məkanında ağlına gələn hər şeyi edir”.

Bu fikirləri Qazaxıstanda cərəyan edən qanlı hadisələr fonunda Qərbin susqunluğuna münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, . Qərbin bu anlaşılmaz passivliyi Rusiyanı daha aqressiv hərəkətlərə sövq edir:

“Çox təəssüf ki, Qərbin Qazaxıstanda baş verən qanlı proseslərə münasibəti son dərəcə qeyri-adekvatdır. Bildiyiniz kimi, belə hallarda Qərbin “birinci skripka” rolunu ABŞ oynayır.

Amerikanın siyasi rəhbərliyi isə son dövrlərdə müəyyən proseslərə çox dişsiz münasibət bildirir, bəzən isə ümumiyyətlə, səssiz qalır. ABŞ rəhbərliyi bu davranışı ilə Rusiyanın dünyaya meydan oxunmasına sanki dözümlü yanaşdıqlarını göstərməyə çalışır.

ABŞ-nin dövlət katibi Qazaxıstan hadisələri ilə əlaqədar bir-iki fikir bildirməklə kifayətləndi. Əslində isə Amerika bu olaylar üzərində dünyanı ayağa qaldıra bilərdi. Çünki “rus ayısı” öz pəncəsini işə salaraq, postsovet məkanında ağlına gələn hər şeyi edir.

Ona görə də, ABŞ başda olmaqla, Qərbin bu susqunluğu heyrət doğurur. Bu yanaşma Qərbin çox böyük prinsipsizliyi, hətta özlərinin qəbul etdikləri dəyərlərə hörmətsizliyi kimi dəyərləndirilməlidir. Qərbin bu anlaşılmaz passivliyi isə Rusiyanı daha aqressiv hərəkətlərə sövq edir”.

A.Zeynalov

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv