Qazaxıstan və Pakistan 200 milyon dollarlıq müqavilələr imzaladılar

media-hightechnic-468x90

Qazaxıstan və Pakistan bu gün İslamabadda keçirilən biznes forum çərçivəsində ümumi dəyəri təxminən 200 milyon ABŞ dolları olan 32 kommersiya sazişi və müqaviləsi imzalayıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyinin məlumatında deyilir.

“Sazişlər sənaye, energetika, logistika, maliyyə, rəqəmsal xidmətlər və aqrar sənaye kompleksi kimi sahələri əhatə edir”, – qurum qeyd edib.

Ən böyük saziş “Falcon EuroBus” MMC ilə Pakistanın “QCC International” şirkəti arasında imzalanmış Pakistana elektrikli avtobusların tədarükünə dair müqavilə (108 milyon dollar dəyərində) olub.

Nazirliyin məlumatına görə, razılaşmaların mühüm hissəsi birgə investisiya, maliyyə infrastrukturunun, nəqliyyat-logistika marşrutlarının, rəqəmsal və İT layihələrinin inkişafına, eləcə də sənaye, təhsil, tibb və kosmik sənaye sahələrində əməkdaşlığa aiddir.

“İmzalanmış sənədlər Qazaxıstanla Pakistan arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlib”, – məlumatda qeyd olunub./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05