Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, Almatıda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-i Qazaxıstanda matəm günü elan edilib: “Bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək”.
Qeyd edək ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb.