!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstanda ölkə üzrə fövqəladə vəziyyət elan olundu

Qazaxıstanda son olayarla bağlı bütün ölkə üzrə fövqəladə vəziyyət elan olunub.

Yenicag.az “Centralasia”ya istinadən xəbər verir ki, sözügedən qərar prezident Qasım Cömərd Tokayev tərəfindən verilib.

Qeyd edək ki, Qazaxıstanda baş verən kütləvi etiraz aksiyaları ilə bağlı daha əvvəl Manqistau və Almatı vilayətlərində, həmçinin paytaxt Nur-Sultanda fövqəladə vəziyyət elan olunmuşdu.

Prezident Tokayevin sözlərinə görə, iğtişaşlar zamanı bir neçə təhlükəsizlik əməkdaşı həyatını itirib. Etriazçılar vilayətlərdə meriya binalarına daxil olub, hakim “Nur-Otan” Partiyasının binasını darmadağın ediblər.

Ölkədə hökumətin istefaya göndərilməsinin ardından qurucu lider Nursultan Nazarbayev də Təhlükəsizlik Şurasının sədri vəzifəsindən gedib.

Hazırda Qazaxıstanın yerli media orqanlarının və rəsmi dövlət qurumlarının saytlarına giriş məhdudlaşdırılıb.

www.yenicag.az

164
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100