!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstandakı olayların DÜNYAYA TƏSİRİ: Uranın qiyməti təxminən 8 faiz bahalaşıb

“Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.

Yenicag.az xəbər verir ki, bunu Qazaxıstandakı baş verən son iğtişaşların ölkəyə vurduğu iqtisadi zərərini analiz edən deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, məlum hadisələrlə bağlı Qazaxıstana 100 milyon dollardan artıq ziyan dəyib:

“Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, “Bitcoin” də 47 300 dollardan 41 400 dollaradək ucuzlaşıb. Bütün bunlar fonunda son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.

Gülşən Şərif

www.yenicag.az

286
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100