Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsi bu gündən xüsusi iş rejiminə keçib.
Yenicag.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Məlumatda bildirilir ki, koronavirus pandemiyası əleyhinə tədbirlər çərçivəsində Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan olunmasını nəzərə alaraq, 16 mart 2020-ci il tarixindən etibarən Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsi xüsusi iş rejiminə keçib.
Səfirlik tərəfindən vətəndaşlardan xahiş olunub ki, təxirəsalınmaz məsələlərlə bağlı zərurət yarandığı təqdirdə qabaqcadan səfirliyin və ya səfirliyin Almatıdakı ofisinin “qaynar xətt”inə mürəciət etsin, qəbula yazılsın və təyin olunmuş vaxtda görüşə gəlsinlər.
Koronavirus səbəbindən vətəndaşlar arasında birbaşa və yaxın təmasın olmamasını təmin etmək məqsədilə qəbul növbəlilik əsasında aparılacaq.
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Nur-Sultan şəhərində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 000 2838
Səfirliyin Almatı şəhərindəki ofisində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 786 4670
www.yenicag.az