!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qazi və əlillər ÇƏTİN DURUMDA: İcra nümayəndəsi ev tikməyə icazə vermir, torpaqları satır - ŞİKAYƏT / FOTO

!Reklam – Yazi

Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanadakı Şuşa qəsəbəsində icra nümayəndəsi birinci qrup əlil və qazilərin ev tikməsinə mane olur. Əvəzində isə pul verənlər evlərini tikməkdə davam edirlər.

Bu barədə Yenicag.az-a Yeni Ramanadakı Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evinin rəhbəri Aynurə Xudiyeva məlumat verib.

Aynurə Xudiyevanın sözlərinə görə, bir il əvvəl qəsəbə nümayəndəsi camaata 1300 manata satılan torpaqların Kənd Təsərrüfatı Nazirliyinin balansında olduğunu əsas gətirərək onları ərazidən çıxarıb, daha sonra isə torpaqları baha qiymətə vətəndaşlara satıblar:

“Ötən il Yeni Ramanadakı Şuşa şəhərciyində 10 sot torpaq satırdılar. “Nur” uşaq evinin həyati dar olduğu üçün xeyirsevərlərin dəstəyi ilə sotu 1300 manatdan o torpağı aldıq. Həmin torpaqda mini park yaratmaq istəyirdik. Özüm də Ramanada yaşadığım üçün düşündüm ki, mən də oradan torpaq alım və uşaq evinə yaxın yaşayım. 10 sotdan əlavə, 4 sot torpaq da özümə aldım. Sonradan bildik ki, Ramanadakı torpaqların hamısı Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Torpağı almaq üçün 14 min manat pul vermişəm. Kənd Təsərrüfatı Nazirliyinin və qəsəbə icrasının nümayəndəsi gəldi ki, ərazidən çıxın. Bizdən çıxarış istəyirlər. O torpaqların çıxarışı yoxdur. Hamıya torpaqlar 99 illik etibarnamə ilə satılıb.

Ötən il çox böyük problemlərdən sonra zor gücü ilə uşaq evi üçün mini parkın salınmasına alınmış torpaqdan bizi çıxardılar. Əslində, təkcə bizi yox, hər kəsi çıxardılar. Orada 4 sot torpağım qalmışdı. Həmin o ərazidə ev tikirdim. Qəsəbə nümayəndəsi Arif Osmanov mənə dedi ki, 10 sot torpaqdan çıxın, evi tikməyə icazə verəcəm. Bildirmişdi ki, 10-15 gündən sonra icazə verəcək. Bizim əlimizdən aldıqları torpaqları indi 2500-3000 manatdan satırlar. Əgər o torpaqlar Kənd Təsərrüfatı Nazirliyinin balansındadırsa, icra nümayəndəsi niyə o torpaqları 2500-3000 manata satır? Əgər həmin ərazidə evlərin tikilməsinə icazə yox idisə, niyə hazırda orada 2-3 mərtəbəli evlər tikilir? Mənə dedilər ki, 10-15 gün gözlə, icazə verəcəyik. Gördüm, məsələ uzanır, getdim Sabunçu Rayon İcra Hakimiyyətinə. Oradan icra nümayəndəsinə zəng vurdular. İcra nümayəndəsi bildirdi ki, problemlər var, 15-20 günə icazə veriləcək. 15-20 günün üstündən 1 il ötür”.

Şikayətçinin sözlərinə görə, bir ilin tamamında görüb ki, ərazidə başqa evlər tikilir və o da yarımçıq qalmış evinin tikintisinə başlayıb:

“Bir ilin tamamında evi tikməyə başladım. Yenidən gəliblər ki, evi tikmək olmaz. Məndən əlavə iki Vətən müharibəsi qazisi var, onlara da icazə verilmir. Nümayəndə ilə danışan zaman mənə dedilər ki, qazilərə tikməyə icazə vermirik, sən bir qədər gözlə, onlar uzaqlaşandan sonra sənə icazə verəcəyik. Deyirlər ki, sənə icazə versək, gərək, qazilərə də icazə verək. Torpaqlarımızı işağldan o qazilər azad edib. Birinci onlara icazə verməkdən, mənə deyirlər, onlara icazə verməyəcəyik. Mən də birinci qrup əliləm. Ancaq o qazilər daha müqəddəs yol uğrunda qazi olublar.

Ölkə rəhbərliyinə müraciət edirəm. Sabunçu Rayon İcra Hakimiyyəti, əsas da icra nümayəndəsi Arif Osmanov qazilərə, əlillərə göz verir, işıq vermir. Birinci qrup əliləm, kimsəsiz 27 uşağa baxıram. Bir ildir mənim başıma oyun açır. Qəsəbənin icra nümayəndəsi gələn gündən heç kimə aman vermir. Hətta işə təyin olunandan bir həftə sonra uşaq evinin binasının tikintisini belə dayandırmışdı. Hər dəfə gözləməyimi deyir. Nə qədər gözlməliyik? 5 min manat pul istəyir ki, evi tikim. Əgər o torpaqlar satılacaqdısa, niyə uşaqlara qurmaq istədiyimiz parkdan bizi çıxarırdılar? Tək ümidimiz ölkə rəhbərliyidir. Heç bir qurum bizim şikayətimizə baxmır”.

Qeyd edək ki, ötən ilin iyun ayının 10-da Kənd Təsərrüfatı Nazirliyinin, qəsəbə icra nümayəndəsinin və polisin iştirakı ilə həmin ərazidəki torpaqlar satın alanların əlindən alınıb.

Səxavət Məmməd

www.yenicag.az

288
Ads
www.veteninfo.com
!Reklam – Arxiv