Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələndilər

media-hightechnic-468x90

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayonun Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Roman Eyyubov və Nəvai Əliyev inzibati məsuliyyətə cəlb olunaraq hər biri 400 manat məbləğində cərimələnib

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600