!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə toy sahibləri cərimələndilər

!Reklam – Yazi

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayonun Yenikənd, Soltannuxa və Böyük Pirəlli kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elsevər Qismətov, Mahir Əzimov və Qismət Mustafayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv