Qəbul imtahanları ilə bağlı YENİLİK

media-hightechnic-468x90

Bu il ilk dəfə olaraq buraxılış imtahanında sual kitabçaları iştirakçılarda qalacaq.

Yenicag.az xəbər verir ki, bu haqda “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

media-ziraat-728x90

Qəbul imtahanları ilə bağlı yenilik

media-hightechnic-468x90

929d1318301ed3f440991d4051ac63e9Bal tələbi yalnız I qrupun 6 ixtisasında nəzərə alınacaq.

“Təhsil Nazirliyi tərəfindən bu ildən ali təhsildə müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbinin tətbiq edilməsi ilə bağlı təkliflər verilib. Bu təkliflər qəbul olunub və bu il keçiriləcək qəbul imtahanlarında nəzərə alınacaq”.

Bunu açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

TQDK sədrinin sözlərinə görə, bu yenilik yalnız I ixtisas qrupu üzrə tətbiq ediləcək.

M. Abbaszadə qeyd edib ki, cari ildən ali məktəblərə qəbul zamanı müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi yalnız I qrupun 6 ixtisasında nəzərə alınacaq: “Bu yeniliklər barədə ali məktəblərə ixtisaslarla əlaqədar elanı hazırlananda, bakalavriat pilləsinə qəbul qaydaları açıqlananda ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, bu vaxta kimi olan qaydalara əsasən, hər bir ixtisas üzrə minimal keçid balı qəbul imtahanlarından sonra abituriyentlərin göstərdiyi nəticələrə uyğun olaraq formalaşırdı. Bu ildən isə yalnız I qrupun 6 ixtisasına qəbul zamanı imtahanlardan öncə müəyyən edilən minimal keçid balını toplamaq tələb olunacaq. Digər ixtisaslarda isə qaydalar olduğu kimi qalacaq(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600