!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbul imtahanlarının NƏTİCƏLƏRİ: “Abituriyentlər boş qalan yerlərlə bağlı seçim edərkən...” - VİDEO

!Reklam – Yazi

“Builki qəbul imtahanlarında əldə olunan nəticələr gözləntilərlə üst-üstə düşüb”.

Bunu Yenicag.az-a açıqlamasında builki qəbul imtahanlarında abituriyentlərin nəticələri və plan yerlərinin sayı barədə vəziyyəti dəyərləndirən təhsil eksperti Elçin Əfəndi deyib.

Elçin Əfəndinin sözlərinə görə, builki qəbul imtahanlarında ötən illə müqayisədə ciddi fərq müşahidə olunmayıb:

“Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, proses normal qaydada keçib. İstər özəl, istərsə də dövlət sifarişi üzrə kifayət qədər abituriyent ali təhsil müəssisələrinə qəbul olub.

Azərbaycan və rus bölməsi üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 66 min 464 nəfər iştirak edib. Onlardan 42 min 731 nəfəri (o cümlədən 5 min 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

20 min 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 min 932 (o cümlədən 5 min 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Plana uyğun olaraq, I ixtisas qrupu üzrə 14924 yer, II ixtisas qrupu üzrə 13800 yer, III ixtisas qrupu üzrə 12286 yer, IV ixtisas qrupu üzrə 4100 yer və V ixtisas qrupu üzrə 3594 yer ayrılmışdı.

Qəbul olanların statistikasına əsasən, yerdə qalan boş yerlərin sayı I ixtisas qrupu üzrə təxminən 1700 yer, II ixtisas qrupu üzrə təxminən 3000 yer, III ixtisas qrupu üzrə təxminən 300 yer, IV ixtisas qrupu üzrə təxminən 550 yer və V ixtisas qrupu üzrə təxminən 30 yer təşkil edir. Ümumilikdə nəticələr gözləntiləri doğruldub”.

Ekspert vurğulayıb ki, abituriyentlər boş qalan yerlərlə bağlı seçim edərkən, diqqətli davranmalıdır:

“Həmin abituriyentlər I turda üzləşdikləri aqibəti yaşamamaq üçün seçim zamanı maksimum ehtiyatlı olmalıdırlar. Yaxşı olar ki, abituriyentlər işlərini daha peşəkar mütəxəssislərlə həll etsinlər. Onu da qeyd edim ki, boş qalan yerlər üzrə əlavə ixtisas seçimlərinin təsdiqi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq”.

Gülşən Şərif

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv