Qəddafinin oğlu öldürüldü: Liviya siyasətində bir dönəm rəsmən bitdi
Mərhum Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi öldürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə xəbəri “Əl-Qüds Əl-Ərəbi” qəzeti yayıb. Məlumatda bildirilir ki, Seyf əl-İslamın ölümü onun müşaviri və siyasi komandasının rəhbəri Abdullah Osman tərəfindən yayımlanan paylaşımda təsdiqlənib, lakin hadisənin detalları açıqlanmayıb.
Qəddafi rejiminin keçmiş sözçüsü Musa İbrahim də sosial şəbəkədə paylaşım edərək Seyf əl-İslamın vəfatı ilə bağlı başsağlığı verib.
Xəbər Seyf əl-İslam Qəddafinin illərdir qeyri-müəyyənliklə müşayiət olunan taleyi fonunda yayılıb. O, 2011-ci il hadisələrindən sonra uzun müddət siyasi gündəmdə qalmaqda davam edib və müxtəlif dövrlərdə Liviyada seçkilərə qatılacağı ilə bağlı müzakirələrin mərkəzində olub. Ölkədə davam edən siyasi parçalanma və təhlükəsizlik böhranı isə bu ehtimalları daim sual altında saxlayıb.
Amir Aqiloğlu












