Qərar verildi: Baxçalı sədrlik edəcək

media-hightechnic-468x90

Türkiyədə keçirilən seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisindəki (TBMM) partiyaların və deputatların siyahısı tam bəlli olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Ali Seçki Qurumu nəticələri açıqladıqdan sonra, 3 gün ərzində TBMM-nin açıq elan edilməsi gözlənilir.

TBMM-nin 28-ci dövrünün ilk plenar iclasına əsasnaməyə uyğun olaraq “ən yaşlı üzv” kimi MHP lideri Dövlət Baxçalı sədrlik edəcək.

Lakin, bu dövrün fərqli olduğu bildirilir. Əgər D.Baxçalı bunu qəbul etməsəydi, parlamentin müvəqqəti sədri HDP-dən Çingiz Çandar olacaqdı.

Cümhur İttifaqı da Qurtuluş müharibəsinə rəhbərlik edən bir parlamentə HDP-dən birinin rəhbərlik etməsini uyğun görməyib.

Qeyd edək ki, bundan əvvəlki illərdə Baxçalı bu vəzifəni qəbul etməmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600