Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon danışığında Qərb tərəfdaşlarının “xarici agentlər” haqqında qanun layihəsini ölkə hakimiyyəti ilə müzakirə etmək istəmədiklərindən məyus olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Mən məyusluğumu bildirdim ki, çoxsaylı dəvətlərə baxmayaraq, həmkarlarımız şəffaflıq qanunu ilə bağlı substantiv müzakirələrdə iştirak etməkdən çəkinirlər. Üstəlik, vurğuladım ki, biz təklif olunan qanuna qarşı heç bir əks arqument eşitməmişik ki, bu da sırf Gürcüstan cəmiyyəti qarşısında müvafiq təşkilatların şəffaflığının və hesabatlılığının artırılmasına yönəlib”, – deyə Kobaxidze yazıb.
Gürcüstanın rəhbəri həmçinin Avropa Şurası rəhbərinin diqqətini “2020-2023-cü illərdə Gürcüstanda iki inqilab cəhdində xaricdən maliyyələşən təşkilatların fəal iştirakına” cəlb edib.
Kobaxidze onu da vurğulayıb ki, qanunun qəbulu Avropa İttifaqının əsas vəzifəsi olan depolarizasiyaya nail olmaq üçün ən mühüm ilkin şərtdir.
Rafi Müslümov
www.yenicag.az