!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb demaqogiyası və irəliləyən Rusiya: “ABŞ ilə Avropa arasında münasibətlərin soyuqlaşması...”

!Reklam – Yazi

“Əgər proseslər belə davam etsə, Rusiyanın Odessa və Zaporojeni də ələ keçirməsi realdır”.

Bu fikirləri Ukrayanın düşdüyü indiki vəziyyətdə dəstək axtarışı və Qərb ölkələrinin vədləri fonunda Rusiyanın irəliləməsini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadənin sözlərinə görə, Avropa həm rus, həm də ABŞ qazından məhrum olub:

“Cəbhəsəki vəziyyət hər iki dövlət üçün mürəkkəbdir. Ukrayna Avdeyevkanı itirdi. Bununla da Rusiyanın Zaparoje və Odessaya, ümumiyyətlə, Qara dənizə yol açıldı. Avdeyevka ətrafənda gedən uzunmüddətli döyüşlərdə həm Rusiya, həm də Ukrayna ciddi itkilər verib.

Göründüyü qədər, Ukrayna ordusunun yeni baş komandanı fərqli taktika seçib. O, Avdeyevkada Ukrayana kontingentinin tam məhv olmasını istəmədi. Digər tərəfdən, Macarıstan geri çəkildiyindən, Avropa İttifaqı Ukrayna üçün 50 milyard avroluq yardım zərfini təsdiqləyib.

Ən pis odur ki, ABŞ-da respublikaçıların çoxluqda olduğ Konqres tətilə getdi və Ukrayna üçün nəzərdə tutulann 69 milyard dollarlıq yardım zərfinin qəbulu uzandı. Ukrayana dövlət başçısı Münxen təhlükəsizlik konfransında ikitərəfli görüşlər keçirsə də, cəbhədə vəziyyət çox gərgindir.

Əgər proseslər belə davam etsə, Rusiyanın Odessa və Zaporojeni də ələ keçirməsi realdır. Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları hazırlanır. ABŞ-da seçkilər yaxınlaşdıqca, rəsmi Vaşinqtonun Ukrayanaya yardımı gün-gündən azalır. Baxmayaraq ki, ABŞ və Avropa İttifaqının Ukrayanaya yardım etməsi onların üzərində olan öhdəlikdir.

Bundan əlavə, ABŞ-la Avropa İttifaqı arasındakı münasibətlər də soyuqlaşmaqdadır. Co Baydenin fərmanı əsasında sıxılmış qazın Avropaya nəqli dayandırılıb. Bununla Avropa həm Rusiya, həm də ABŞ qazından məhrum olub. Belə bir şəraitdə Avropa İttifaqının Azərbaycan kimi dövlətlərə ehtiyacı artır”.

Səxavət Məmməd

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv