!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb institutlarının hesabatı ilə bağlı SENSASİON İDDİA: “Dünya bu kəşfiyyat orqanları tərəfindən idarə edilir”

!Reklam – Yazi

“Qərb institutlarının qiymətləndirmələrindəki nəticələr, təbii ki, onların öz mövqelərini ifadə edir. Onlar sanki bütün dünyanı özlərinə düşmən obrazında görürlər. Amma özlərinin bu obrazların yaranmasındakı rollarını qeyd etmirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

 

Siyasi təhlilçi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Hərbi Kəşfiyyat Bölmə 6 (MI6) kəşfiyyat qurumlarının rəhbərləri Uilyam Cozef Berns və Robert Murun dünyanın Soyuq müharibədən sonra ən riskli dönəmdə olması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

Məsələni şərh edən A. Qasımov diqqətə çatdırıb ki, hazırda dünya böyük ölçüdə MI6 və CIA kəşfiyyat orqanları tərəfindən idarə edilir, nəzarətdə saxlanılır:

“Yaradılan bir çox terror təşkilatları onların nəzarətində fəaliyyət göstərir. Belə bir durumda Qərb informasiya agentliklərinin fikirlərini elə də ciddi qəbul etmək lazım deyildir. Qərb, əgər dünyanın riskli dönəmdə olduğunu açıqlayırsa, böyük ölçüdə nə isə planlayırlar. Dünyada Rusiya, Çin və digər onların yanında hesab olunan ölkələrin heç biri ABŞ və Qərbi Avropa ilə iqtisadi və hərbi cəhətdən müqayisə edilə bilməz”.

O, əlavə edib ki, Çinin yüksəlişi sırf iqtisadi imkanlar əldə etmək üçündür ki, əhalisini saxlaya bilsin:

“Çinin özünü də ABŞ və Avropa ayağa qaldırıb bugünkü günə çatdırıb. Çin heç vaxt dünyada hegemonluq iddiasında olmayıb. İndi onlar hansısa beynəlxalq səviyyədə addımlar atırsa, bu da regionlarda qarşıdurmaların aradan qaldırılmasına hesablanıb və bu qurumlar bir növ beynəlxalq imperializmin qidalandığı konfliktlərin aradan qalxmasına dəstək olmaqla onların qidalandığı mənbələri kəsmək istəyib. CIA və MI6 Yaxın Şərqdə İran-Səudiyyə Ərəbistanı, Şərqi Avropada Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməklə gərginliyi aradan götürməyə çalışıb, Cənubi Qafqaz ölkələri ilə strateji əlaqələr qurmaqla onların müstəqil siyasət yürütməyinə dəstək olur”.

“Hesab edirəm ki, son dövrlər beynəlxalq vəziyyətin çox gərgin olması ilə əlaqəli fikirlər daha çox Qərbin maraqlarına xidmət üçün edilir. Doğrudur, məlum müharibə və gərginlik ocaqları var, amma bu həmişə başqa şəkildə olub. Bundan sonra da olacağı ehtimal ediləndir. Amma bunun dünya müharibəsi kimi hal alacağı mümkün deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, nüfuzlu “The Financial Times” nəşri CIA və MI6 kəşfiyyat rəhbərləri Uilyam Cozef Berns və Robert Murun sözlərindən sitat gətirərək, yazıb ki, sözügedən kəşfiyyat qurumunun rəhbərləri dünyanın Soyuq müharibədən sonra ən riskli dönəmdə olduğunu açıqlayıblar.

Qəzet hesab edir ki, Avropada Rusiyanın təxribatı, Yaxın Şərqdə regional müharibə və Çinin yüksəlişi bu vəziyyəti daha da gərginləşdirir.

Rafi Müslümov

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv