!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb Kiyevi meydanda TƏK QOYDU: "Ərazi itkiləri qaçılmazdır"

!Reklam – Yazi

“Rusiya prezidenti Vladimir Putinin verdiyi son açıqlamaların arxasında ilk növbədə, ABŞ və ümumiyyətlə, kollektiv Qərbin mövqeyi dayanır. Çünki Qərbdə artıq belə bir qənaətə gəliblər ki, Ukrayna savaşını dayandırmaq lazımdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.

O, Rusiya prezidenti Vladimir Putinin BRICS forumunda çıxışı zamanı Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirləri, eləcə də Qərbin Kiyevin arxasından çəkilmək istəməsi haqqında yayılan informasiyaları analiz edib.

Onun sözlərinə görə, sülh danışıqları, ilk növbədə, Ukraynanın ərazi itkiləri hesabına baş verməlidir ki, Qərbdəkilər bunu artıq gizlətmirlər:

“NATO-nun baş katibi Yens Stoltenberqin postundan getdikdən sonra verdiyi açıqlamada kollektiv Qərbin bu planla bağlı mövqeyi ortaya çıxmışdı. Məhz Ukrayna əraziləri hesabına Rusiya ilə sülh sazişinin imzalanması ehtimalı Stoltenberq tərəfindən gündəmə gətirilmişdi. Artıq inkarolunmaz reallıqdır ki, Qərbdə Ukraynanı qurban verəcək bir plan mövcuddur və Ukraynanın arxasından çəkilmək istiqamətində müəyyən addımlar atılır”.

Politoloqun sözlərinə görə, ən pisi də ondan ibarətdir ki, Almaniya kollektiv Qərbin Ukraynanı necə satdığını bariz şəkildə göstərir:

“Almaniya kansleri Olaf Şolz Ukraynaya Rusiya ərazisinə alman silahları ilə zərbə endirməyi qadağan etdi. Ardınca isə Almaniyanın Ukraynaya hərbi texnika göndərməyəcəyini bildirdi. Son olaraq isə söylədi ki, Ukrayna savaşının dayandırılması üçün Rusiya ilə danışıqlara hazırdır. Bu da onu göstərdi ki, Qərbdə bəzi dövlətlər artıq Ukrayna savaşından çıxmaq istiqamətində addımlar atırlar. Almaniya da Rusiyanın enerji resurslarına və onunla iqtisadi əməkdaşlığa möhtacdır. Ona görə də Rusiya ilə münasibətləri bərpa etməyə cəhd göstərir. Son olaraq isə Almaniya kansleri Türkiyəyə səfər edir ki, Prezident Rəcəb Tayyip Ərdoğanla Ukrayna müharibəsinin dayandırılması məsələsini müzakirə etsin”.

“Bütün bunlar onu göstərir ki, səhnə arxasında kollektiv Qərbin bəzi təmsilçiləri artıq Vladimir Putinlə kontakt qurublar və bu planların reallaşması istiqamətində məsləhətləşmələr aparırlar. Ümumi anlamda isə belə təsvir etmək olar ki. Kollektiv Qərb tədricən Ukraynanı satır, öz maraqlarına qurban verir. Onlar vaxtilə Rusiyaya qarşı Ukraynadan istifadə etdilər, bu ölkəni batırdılar, dünya xəritəsindən silinmə təhlükəsi ilə qarşı-qarşı qoydular. İndi də onun arxasından çəkilmək istəyirlər. Ona görə də bütün bunların fonunda Putinin dedikləri o qədər də təəccüb doğurmur. Çünki Kremldə artıq inanmağa başlayıblar ki, Qərb bu məsələdə Moskvaya güzəştə gedəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv