!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb niyə İŞİD ilə PKK arasında fərq qoyur? – Şərhlər

!Reklam – Yazi

 

4e1c3e3f-cab9-445a-ac1b-78969e644267_16x9_600x338Zərdüşt Əlizadə: “Müsəlman və türk dünyasında Avropada olan həmrəylik, yaxınlıq  yoxdur”

Fazil Mustafa: “Çünki Qərbdə İŞİD-ə terror təşkilatı kimi baxırlar, amma PKK-ya yox”

Belçikada baş verən terror hadisəsi fonunda bütün xristian Avropası  terror məruz qalan bu ölkəyə həmrəylik nümayiş etdirdi. Belçikadan başqa digər Avropa İttifaqə ölkələrində də Brüsselə ciddi dəstək nümayiş etdirilir. Anoloji situasiyanı keçən ilin sonlarında Parisdə baş verən terror hadisəsindən sonra da müşahidə etdik.  Həmin zaman da birlik ölkələri Fransaya ciddi dəstək nümayiş etdirərək, onun yanında olduqlarını bildirdilər.  Amma Avropa ölkələri  tərəfindən anoloji addımı nədənsə müsəlman ölkəsi olan Türkiyədə baş verən  terror hadisələri zamanı müşahidə etmədik. Bildiyiniz kimi, son 5 ayda Türkiyədə 3 dəfə terror olayı baş verdi. Lakin bu fonda xristian Avropası Türkiyəyə, türk xalqına ciddi dəstək olmadı,  onlar sadəcə terroru pisləmək və baş sağlığı verməklə kifayətləndilər.

Yəni xristian Avropası bu məsələyə də digər proseslərdə olduğu kimi ikili standart prizmasından yanaşıb.

Görəsən, bir-birində baş verən terror olayına görə ciddi dəstək verən xristian Avropası nədən Türkiyədə anoloji hadisələr baş verəndə türk xalqına və dövlətinə həmin dəstəyi nümayiş etdirmirlər? Nədir bu qısqanclıq?

Yenicag.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Avropada müsəlman ölkəsində baş verən terror olaylarına münasibətdə ümumən biganəliyin nümayiş etdirilməsini ilk növbədə İslam ölkələrinin özündə, bu dövlətlərdə həmrəyliyin olmamasında  axtarmaq lazımdır: “İnsanlar qonşuda kimsə rəhmətə gedəndə yas tutmur, sadəcə gedib baş sağlığı verib, öz işilə məşğul olmağında davam edir. Amma insanlar yaxın qohumunun yasında əksinə canfəşanlıq edir, iştirakını göstərməyə çalışır.  Etiraf etməliyik ki, Avropada hansısa yüksək səviyyəli həmrəylik, təşkilatı birlik  var.  Ona görə də bu gün onların hamısı bir-birini özlərinə yaxın sayırlar.  Belçikada da terror hadisəsi olanda Almaniya, Fransa, Böyük Britaniya, bütün Avropa ona isti münasibətini göstərdi.  Türkiyə isə Avropa deyil, sadəcə qonşu ölkədir.  Ona görə də burada olan terror hadisələrinə Avropa ancaq təəssüfləndiyini bildirir, amma Belçikadakı qədər canyananlılıq göstərmirlər. Başqa bir tərəfdən, müsəlman və türk dünyasında Avropada olan həmrəylik, yaxınlıq  yoxdur.  Ankarada, İstanbulda terror aktları olub, dünya müsəlmanlarının heç vecinə deyil. Suriyanı xaraba qoyublar, hansı ki, bəzi İslam ölkələri də bu qırğında iştirak edir. Liviyanı dağıtdılar, müsəlman dünyası biganə qaldı.  Bunun hamısının bir sadə izahı var. Avropa xalqlarının siyasi şüur səviyyəsi, onların həmrəyliyi, təşkilatı birliyi müsəlman dünyasının şüuru, səviyyəsi və təşkilatı birliyindən qat-qat yuxarıdır”.

Milli Məclisin deputatı Fazil Mustafa isə düşünür ki, Avropanın terrora məruz qalan müsəlman ölkələrinə mənəvi baxımdan belə ciddi dəstək verməməsinin kökündə onların İŞİD-i terror təşkilatı kimi tanıdıqları halda,  PKK-ya münasibətdə fərqli mövqe sərgiləmələri durur: “Terrora yaxşı, pis, mənimki,özgə terroru kimi baxanda belə olacaq.  Qərbdə İŞİD-ə terror təşkilatı kimi baxırlar, amma PKK-ya yox. Nəticədə vəziyyət ona gətirib çıxarır ki, indi terror olaylarını Avropa ölkələri də yaşayır.  Onların hər hansı bir şəkildə atdıqları addımlar bumeranq kimi özlərinə də qayıdır.  Yəni həmrəylik nümayiş etdirməməklə Avropa ölkələri terrorun fəlakətini daha çox yaşamalı olur”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv