“Qərbi Azərbaycan deyil, İrəvan Xanlığı!” – Sabir Rüstəmxanlı

media-hightechnic-468x90

10965566_723475687769325_220185041_nBu gün Ümid Partiyasının qərargahında “Qarabağ” bloku təşkilatlarının təşəbbüsü  ilə  müxtəlif  siyasi – ictimai qurumların, aydınların iştirak etdiyi “Qərbi Azərbaycan problemi və Qarabağ” adlı elmi-praktik konfrans keçirilib.

Yenicag.az-a VHP Mətbuat Xidmətindən daxil olan məlumata görə, konfransda çıxış edən BAH ( Bütöv Azərbaycan Hərəkatı)- ın sədri, AMEA- nın əməkdaşı, araşdırmaçı alim Yasəmən Qaraqoyunlu  qeyd edib ki, “Qərbi Azərbaycan problemi bu torpaqlar üzərində qurulmuş Ermənistan dövlətinin yarandıgı zamandan başlanmışdır. Ermənilərin dənizdən-dənizə (Qara dəniz-Aralıq dənizi-Xəzər Dənizi) böyük Ermənistan planı Çar Rusiyasının isti dənizlərə enmək, Bosfor və Dardanel böğazlarindan keçərək İstanbulu fəth etməsilə Böyük Roma dövlətinə çevrilmək planının tərkib hissəsi kimi 18-ci əsrdən 21-ci əsrə qədər Azərbaycanda Rusiyanın dəstəyi ilə həyata keçirilməkdədir”.

10962142_723475631102664_1475507119_nY.Qaraqoyunlu qeyd etmişdir ki, “Qərbi azərbaycanın tarixi türk torpagı olması; Yerli Türklərin Rus-Erməni birləşməsi tərəfindən etnik təmizləmə və soyqırıma ugradılması nəticəsində Ermənistan dövlətinin qurulması; bu torpaqların yenidən Azərbaycana birləşdirilməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıdışı öz əksini tapmalıdır. Qərbi Azərbaycanın Erməni işgalından azad edilməsi və Azərbaycana birləşdirilməsi zərurəti dünya ictimai rəyində qəbul etdirilməlidir.Bu məqsədlə AMEA, DAK, Diaspor Komitəsi, Mediya, QHT strukturları səfərbər olunmalıdır. AMEA bu mübarizənin elmi təbligat-təşviqat işini yerinə yetirməlidir. Qərbi Azərbaycan problemi ilə baglı xüsusi informasiya siyasəti hazırlanmalı, tədqiqatçılar,  jurnalistlər səfərbər olaraq bu siyasəti həyata keçirməlidirlər”.

VHP-nin sədri, DAK həmsədri millət vəkili  Sabir Rüstəmxanlı isə milli problemlərimizin beynəlxalq aləmə  yanlış adlar altında  təqdim edildiyini, “Dağlıq Qarabağ- Ermənistan- Azərbaycan münaqişəsi”, ”məsələnin sülh yolu ilə həlli” və s. kimi siyasi-diplomatik terminlərin məsələnin təfərrüatını və mahiyyətini çatdırmaq baxımından yetərsiz olduğunu vurğuladı.

O, həmçinin bu baxımdan indiki  Ermənistan Respublikasının ərazisini təşkil edən tarixi Azərbaycan torpaqlarının şərti olaraq “Qərbi Azərbaycan” adlandırılmasının da yanlış olduğunu söyləyərək,məsələni dünya  ictimaiyyətinin və  dövlətlərinin nəzərinə çatdırılması baxımından “İrəvan xanlığı” tarixi termininin daha uyğun olduğu fikrini bildirdi. Bundan əlavə S.Rüstəmxanlı  təklif etdi  ki, Qərbi Azərbaycan probleminə sistemli giriş üçün  indiyədək  Dağlıq  Qarabağ probleminin çözülməsi yolunda gedən danışıqların, qəbul edilən sənədlərin, imzalanan müqavilələrin bir sözlə  bu müddət ərzində  izlənilən  bütün fəalliyyətlərin yazılı nümunəsi  toplu kitab  şəklində  hazırlanıb siyasilərin, aydınların, araşdırmaçıların, ümumən cəmiyyətin istifadəsinə  və nəzərinə çatdırılmalıdır.
10965669_723475751102652_900506858_nMəruzə ətrafında  digər çıxış edənlər BAO təmsilçisi Şirvani Ədilli, tarixçi-alim Dilavər Əzimli, “ Qərbi Azərbaycana Qayıdış” ictimai birliyinin sədri Rizvan Talıblı və başqaları Qərbi Azərbaycandan deportasiyanın başlanması, qondarma erməni soyqırımı iddiaları, Qərbi Azərbaycan sorunu ilə Qarabağ sorununun paralel aparılması haqda öz düşüncələrini bölüşürək tarixi torpaqlarımızın Qərbi Azərbaycan deyil, məhz İRƏVAN Xanlığı adlandirilmasi fikrini dəstəkləyiblər.

Konfransın sonunda iştirakçılar tərəfindən Azərbaycan və Türkiyə rəhbərliynə BMT Baş katibinə ünvanlanmaq üçün Azərbaycan türklərin doğma yurd yuvasından qovulması ilə bağlı həqiqətləri özündə ehtiva edən müraciətin hazırlanması haqda qərar qəbul olunub. Habelə 2015-ci ilin İrəvan Xanlığı ili elan olunması haqda da ictimaiyyətə müraciət edilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600